“Kəpəz” yeni mövsümün hazırlığının 2-ci mərhələsini davam etdirir. Komanda məşqlərin böyük qismini Bakıda keçəcək.
İlkin olaraq təlim-məşq toplanışına Gəncədə başlayan dağlılar 1-ci tsiklin sonunda Bakıda “Səbail”lə yoxlama oyunu keçirib. Paytaxt klubu ilə görüşün ardından növbəti mərhələdə komandaya yeni transferlər də qoşulub. “Kəpəz”in düşərgəsində abu-hava yüksəkdir. Məşqçilər korpusu yaxşı hazırlıq dövrü keçərək çempionata uğurlu start vermək niyyətindədir. “Kəpəz” artıq kifayət qədər transferlər gerçəkləşdirib. Baş məşqçi Azər Məmmədovun dediyinə görə, heyətlə bağlı planlarının böyük hissəsini yerinə yetiriblər.
Sarı-göylər yay dövründə heyətinə 5 yeni oyunçu cəlb edib. Komandanın düşərgəsinə yenicə qoşulan Elmir Tağıyev və Ehtiram Şahverdiyev qarşıdakı mövsüm “Kəpəz”in uğur qazanması üçün maksimum çalışacaqlarını deyiblər.
“Kəpəz” hazırlığın ikinci mərhələsi çərçivəsində sabah Bakıda Zirə ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Oyundan sonra isə komanda iyulun 28-dək paytaxtda toplanış keçəcək.
Orxan Cəfərzadə
- Baxış: 640