Nizamişünas alim Xəlil Yusiflinin anadan olmasının 88-ci ildönümü münasibətilə onun “Nizami və Şərq İntibahı” monoqrafiyasının təqdimatı keçirilib. AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə reallaşan təqdimatda “Şöhrət” ordenli professor Azərbaycan ədəbiyyatı tarixinin qədim və orta əsrlər dövrünün ən yaxşı bilicilərindən biri kimi xarakterizə edilib. Onun həmmüəllifliyi ilə ərsəyə gələn dərsliklərin orta məktəblərdə istifadəsindən danışılıb. Əməkdar elm xadimi olan Xəlil Yusiflinin həyat yolundan bəsh edilib və yaradıcılığında Nizami dühasının araşdırılmasının əsas xətt olması diqqətə çatdırılıb. Onun bu istiqamətdə olan tədqiqatlarının bu gün də samballı əsərlər sırasında yer aldığı vurğulanıb.
Afaq Yusifli- GDU-nun dosenti: “Bu gün biz həm böyük Nizamişünas, əməkdar elm xadimi, şöhrət ordenli professor Xəlil Yusiflinin 88-ci doğum günü münasibətilə bura toplaşmışıq və eyni zamanda onun çap olunmamış, hal-hazırda çapı baş tutmuş “Nizami və Şərq İntibahı” kitabının monoqrafiyasının təqdimatı keçirildi. Bu kitab çox simvolik bir əsərdir. Burada çox-çox illər öncə Nizami Gəncəvinin türklüyü, onun Gəncədə bir sənətkar kimi yetişməsi, bu şəhərin intibah mədəniyyətinin mərkəzlərindən biri olması və bu şəhərin Azərbaycan şəhərlərinin içərisində müstəsna mövqeyindən danışılır”.
- Baxış: 362