Gədəbəyin Söyüdlü kəndində iyunun 22-dən etibarən müvafiq yerli qurumların əməkdaşlarının iştirakı ilə monitorinqlər aparılıb. İlk gündən hava keyfiyyətinin yoxlanılması ilə bağlı aparılan nəticələri sakinlərə çatdırmağa çalışdıq. Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, təhlükəli maddələrin havanın tərkibində norma daxilində olduğu aşkarlanıb. Kənd təsərrüfatı nazirliyi tərəfindən geniş formatda heyvan sağlamlığı, arıçılıq, bitkiçilik, torpaq münbitliyi istiqamətində geniş monitorinq işləri aparılıb. Bütün xəstəliklər üzrə statistik göstəricilər ölçülüb. Ölüm səviyyəsində Gədəbəyin Söyüdlü kəndi və ölkə üzrə statistik göstəricilər arasında ciddi fərqlər yoxdur. Gədəbəydə 86 nöqtədə radiasiya fonu ölçülüb, göstəricilər norma daxilindədir. Ərazidən keçən Gədəbəy və Mis çayda sionid kimi toksik maddələr aşkarlanmayıb. "Dövlət orqanları ilə razılaşdırılmadan çay ətrafında tullantı gölü yaradılıb. Əfsuslar olsun ki, Söyüdlü kəndində sosial ictimai layihələr həyata keçirilməyib və bu kənd sakinlərinin narazılığına səbəb olub. FHN də Su anbarı ilə layihə sənədlərinin ekspertizadan keçirilmədiyini aşkarlayıb. Müvafiq təsdiqedici sənədlər FHN-ə təqdim edilməyib", - deyə Muxtar Babayev bildirib. Nazir Söyüdlü kəndinin yaxınlığında yerləşən gölün bəndlərinin dayanıqlığının ciddi yoxlanılacağını da diqqətə çatdırıb.
- Baxış: 367