KepezTV Player
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Gəncədə “Nurlu ömrün anları” tamaşası ilə qastrolda olub. Şair-dramaturq İftixar Piriyevin əsəri əsasında səhnələşdirilən tamaşa Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. İllər öncə teatrın repertuarına daxil olan və silsilə olaraq nümayiş etdirilən tamaşa meydan teatrı formasında səhnələşdirilib. Tamaşanın özəlliyi ondadır ki, Ulu Öndərin bütün həyatı lokanik şəkildə göstərilir. Tamaşada Vətən müharibəsində qazanılan qələbə də yer alıb.
İftixar Piriyev- İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru: “Heydər Əliyevin həm insan kimi, istər xalqına, istər millətinə, dövlətinə, o cümlədən öz sevgilisinə həmişə böyük məhəbbətlə yanaşmış Heydər Əliyevin ömründə keçirdiyi anları, hissləri, duyğuları Azərbaycanın müstəqillik yolunda çəkdiyi bütün cəfakeş əməllərini, işlərini biz bu tamaşada göstərə bilirik”.
Niyaməddin Səfərəliyev- aktyor: “Çox böyük bir şer dili ilə tamaşaçılara təkrar xatırlatmaq və o günlərə qaytarır. Həm Azərbaycanın keçdiyi o çətin yollar, Heydər Əliyevin fəaliyyəti nəticəsində müstəqil olması, dünyada söz sahibi olması, bir növ bu tamaşada öz əksini tapıb”.
Bəhruz Hikmətli- aktyor: “Ulu öndər haqqında tamaşalarda rol almaq - ən xırda rolu belə oynamaq, istənilən aktyor üçün şərəfdir. Bu, doğrudan da insana ruh verir”.
- Baxış: 215