• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 10.07.2023 12:12

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

KepezTV Player

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edərək, növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların, qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını bildiriblər. Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Şavkat Mirziyoyev Özbəkistanda keçirilən növbədənkənar Prezident seçkilərində 87,5 faiz səslə qələbə qazanıb.