• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 08.07.2023 20:00

1299 abituriyent imtahan verib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ikinci cəhd qəbul imtahanı keçirilib. İmtahan respublikanın bir çox şəhər və rayonları ilə yanaşı, Gəncədə də təşkil edilib. 5 binada reallaşan prosesə 5 nəfər ümumi imtahan rəhbəri, 16 nəfər imtahan rəhbəri, 131 zal nəzarətçisi cəlb edilib. İmtahanda 1299 abituriyent iştirak edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq prosesin keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. İmtahan təlimata uyğun şəkildə keçirilib və iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Abituriyentlər 3 saat müddətində onlara verilən sualları cavablandırıblar. İstifadə olunan test tapşırıqlarının düzgün cavabları artıq açıqlanıb. Açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Elnur Rzayev