• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 996
— 08.07.2023 20:04

XTQ-nin şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib

KepezTV Player

XTQ-nin şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib. Azərbaycan tarixinin şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsində - Vətən Müharibəsində möhtəşəm Zəfərin qazanılmasında Xüsusi Təyinatlı Qüvvələrin müstəsna rolundan bəhs edilib. Onlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müharibənin ilk günündən əsl igidlik, şücaət nümunələri göstərərək bir çox yaşayış məntəqələrini işğaldan azad edib, qoşunlarımızın irəliləməsinə şərait yaradıb, düşmən hədəflərini təyin edərək ona sarsıdıcı və dağıdıcı zərbələr vurulmasına zəmin yaradıb, Şuşaya ilk daxil olaraq Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran qrupların sayəsində bir çox taktiki qələbələrə nail olub. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov iştirakçısı olduğu döyüşlərdə şəhidlik zirvəsinə ucalan, müharibədə sağlamlığını itirən xüsusi təyinatlıların əfsanəvi qəhrəmanlıqlarından, hər bir gənc üçün örnək olan mənəvi və iradi keyfiyyətlərindən danışıb, onların heç vaxt unudulmayacağına əminliyini bildirib.