• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 07.07.2023 19:40

Şəhid ailələri və qazilər evlə təmin olunublar

KepezTV Player

 

Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tədbirlərin davamı olaraq bu gün daha 15 şəhər və rayonda 140 mənzil və fərdi ev sözügedən kateqoriyadan olan şəxslərə paylanılıb. Proses Gəncədə də icra olunub.

Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən Gəncədə tikilən yaşayış kompleksindəki mənzillər şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub. Püşkatma nəticəsində 64 mənzilin açarları sahiblərinə təqdim edilib, şəhid ailələri və qazilərə paylanılıb. Təqdim olunan mənzillər təmirli olmaqla yanaşı, mətbəx mebeli, istilik sistemi və sanitar qovşaqla təmin edilib. 

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması proqramı da icra edilir. Post müharibə dövründə 324 qaziyə minik maşınları təqdim olunub.

Orxan Cəfərzadə