Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xəzangül Hüseynovanın iki kitabı - “Göy dili” və “Yapon şeri, formalar və düşüncələr” oxuculara təqdim olunub. Özünəməxsus şer üslübu olan şairənin şerləri ən çox sərbəst vəzndə yazılıb. Nəşrlərdə müxtəlif mövzulara toxunulub, oxucular üçün yeni ideya ortaya qoyulub. Xəzangül Hüseynovanın şerləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə, rus, gürcü, ərəb dillərinə tərcümə olunub. Son dövrlər şairə 9-a yaxın yeni kitabını oxucularına təqdim edib.
Xəzangül Hüseynova- Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri: “Şer, daxildən gələn ehtiyacdır. Sən onu yazmasan, sakitləşə bilməzsən. Səni düşündürən elə fikirlər olur ki, onu şer şəklində yazanda xoşbəxt olursan. Fikirləşmirsən ki, mənim kitabımı kim oxuyacaq, nə fikir deyəcəkdir. Gəncə ədəbi mühitinə, bu tədbirdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Bayram Apoyev- şair: “Son illərdə şairənin iki kitabı çap olunub. Biz də o kitabların təqdimatına toplaşmışıq. Onlardan bir “Göy dili” adlanır. Göy dili səsiz buludların, çaxan şimşəklərin, doğan günəşin dilidir. Göy dili ən nəhayət yeddinci səmanın dilidir, yəni Uca Tanrının dilidir. Uca Tanrının dili ilə şer yazmaq, ünsiyyət yaratmaq heç də hər şairə qismət olmur”.
Elnur Vahidoğl
- Baxış: 255