• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 07.07.2023 12:04

"Paşinyanın Azərbaycan əleyhinə yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır"

KepezTV Player

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hökumətin iclasında Azərbaycan əleyhinə beynəlxalq ictimaiyyət arasında yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır. Bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda yer alıb. “Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə və üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə uyğun olaraq erməni qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə, ərazimizdə mövcud olan silahlı qüvvələrin Ermənistana məxsus olmadığına dair işğal dövründə səsləndirilən iddiaların təkrarlanması bu ölkənin yanlış siyasətdən əl çəkmədiyini göstərir.  Azərbaycana qarşı mina təhdidini təkzib edən baş nazirə xatırlatmaq istərdik ki, məhz Ermənistan tərəfindən basdırılmış minalar 2020-ci il 44 günlük müharibədən sonra 300 nəfərdən çox azərbaycanlının mina qurbanına çevrilməsinə səbəb olub. Ermənistan tərəfi həqiqətən də sülhdə maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır”, - deyə nazirlikdən qeyd edilib.