KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşüb. Ceyhun Bayramov həm ikitərəfli, həmdə çoxtərəfli müstəvilərdə iki ölkə arasında bir birinin maraqlarını nəzərə alan səmərəli təmasların və əməkdaşlığın mövcud olduğunu söyləyib. Öz növbəsində Sergey Aleynik kənd təsərrüfatı, turizm, maşınqayırma və digər sahələrdə geniş tarixi əməkdaşlıq əlaqələrindən danışıb. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- Baxış: 272