• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2041
— 04.07.2023 16:08

İncəsənət festivalının ikinci seçim mərhələsi başlayıb

KepezTV Player

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Uşaq İncəsənət Festivalının ikinci mərhələsinə başlanılıb. Üç yaş qrupu üzrə keçirilən festival Gəncədə də keçirilib. Seçim mərhələsinin ilk turunda xalq çalğı alətləri və fortepiano üzrə şagirdlərin istedadı yoxlanılıb. Çıxışları münsiflər heyəti tərəfindən dəyərləndirilən çıxışçıların imkanları final mərhələsində iştirak hüququ qazandırıb. Sentyabrda Bakıda keçiriləcək son turun yekununa əsasən ən çox təmsil olunan və fəallıq göstərən şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

Leyla Xəlilova- münsif: “Həm xalq çalğı şöbəsində fortepiano ixtisasları üzrə istedadlı şagirdlərimiz var. Bu keçirilən festival da daha istedadlı, yaxşı şagirdlərin üzə çıxarılmasına böyük köməklik göstərir”.

Müşfiq Abbasov- müəllim: “Mənim sinifimdən 8 şagird iştirak edir. Belə bir tədbirin təşkil olunması təqdirəlayiqdir. Uşaqların bədii estetik və musiqi zövqünün genişlənməsində belə tədbirlərin stimulverici rolu vardır”.

Ömər Rzazadə- iştirakçı: “Tardan birinci turdan keçmişəm. İkinci turda ifa etdim. Çox şadam ki, ikinci tura kimi gəlib çıxmışam. Hər kəsə uğurlar arzu edirəm”.

Nübar İsmayılova- iştirakçı: “Uşaq İncəsənət Məktəbinin dördüncü sinifində oxuyuram. İkinci turda ifa etdim. Uğurlar arzulayıram”.

Elnur Vahidoğlu