• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1836
— 04.07.2023 12:10

Qayda pozanlardan ikisi həbs edilib, digərləri cərimələnib

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb. Monitorinqlər zamanı Fərid Mirzəyevin “Mercedes” markalı avtomobil ilə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi məlum olub. Həmin şəxs barəsində inzibati qaydada protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Mirzəyev sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib. Qayda pozduğuna görə saxlanılan “Tofaş” markalı avtomobilin sürücüsü İsmayıl Tağıyev isə 8 sutka müddətinə inzibati qaydada həbs olunub. Bundan başqa bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş səs siqnallarından istifadə etməsi, arxa yayların kəsilməsi və digər konstruksiya dəyişikliyi edərək hərəkət iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücülərlə profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.