• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 03.07.2023 20:04

Yataqxanada yaşayanlar üçün yeni mənzillər

KepezTV Player

Ötən əsrin 60-cı illərində Gəncədə tikilərək əhalinin istifadəsinə verilən yataqxana tipli binalardan 18-i qəzalı vəziyyətdədir. Bu binalarda yaşamaq sakinlərin həyatları üçün təhlükədir. Belə ailələrin yeni mənzillərlə təminatı gündəmdə olsa da onların nə vaxt köçürüləcəyi  dəqiq məlum deyil. Qarşıdakı sujetdə daha ətraflı.
Atatürk prospektində yerləşən yataqxana binasında yaşayan 50-dən artıq ailə açılan sabaha dua ilə başlayırlar. Gecədən səhərə sağ çıxadıqları üçün. Çünki 65 yaşı olan binada indiyə qədər heç bir əsaslı təmir işləri görülməyib. Tikilinin döşəməsi, tavanı dağılıb, elektrik xəttləri təhlükəli vəziyyətdədir. Çirkab su xəttinin yararsızlığı nəticəsində yaranan qoxu isə baş çatladır.
Artıq sakinlərin yaşadıqları bu problemin həllinə başlanılıb. Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində 249 mənzilli yaşayış binalarının tikintisi həyata keçirilir. Tikilən 4 çoxmərtəbəli yaşayış binaları 9 və 10 mərtəbəlidir. Mənzillərdən 10-u 3 otaqlı, 20-i 2 otaqlı və 219-u isə 1 otaqlıdır. Arıtq beton, dəmir-konstruksiya işləri tamamlanıb, suvaq və rənglənmə işləri aparılır, transfarmator qoyulub.
Görülən işlər çərçivəsində 249 mənzilli yaşayış binasının 10 mərtəbəli korpusunda liftlər də qoyulubdur. Burada işlər başa çatdıqdan sonra digər 9 mərtəbəli binalara da liftlər qoyulacaqdır.
İşlər yekunlaşdıqdan sonra sakinlərin rahatlığı üçün istiraht və əyləncə güşəsi də yaradılacaq. 


Elnur Vahidoğlu