• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1524
— 02.07.2023 20:01

Ermənistanın absurd iddiaları

KepezTV Player

Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi "Qisas-2" əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana təhvil verildiyi və bunu əks etdirən görüntüləri barədə xəbər vermişdik. Bu iki meyitin Ermənistana aparılması həm də ondan xəbər veriridi ki, Qarabağda Rusiya sülhməramlılarının müvvəqqəti nəzarət zonasında hələ də Ermənsitan silahlı qüvvələrinin əsgərləri var. Amma İrəvanda bunu təkzib edir, üstəlik, Azərbaycana qarşı əsassız iddialar səsləndirirlər. 

"Qisas-2" əməliyyatı zamanı məhv edilən erməni hərbçilərin vətəndaşlığı haqqında Ermənistanın dezinformasiyaları gecikmədi. Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan gülünc iddialar səsləndirərək, Azərbaycanın onları Ermənistan ordusunun əsgəri kimi qələmə verdiyini bildirib. Onun sözlərindən belə çıxır ki, guya Qarabağda Ermənistan hərbçisi yoxdur, öldürülənlər də qarabağlılardır. Sual yaranır, ermənistanın iddia etdiyi kimi bu əsgərlər “qarabağlıdırlarsa”, niyə onlardan yalnız ikisi Ermənistanın hərbi qəbiristanlığında basdırılır? 

Sosial şəbəkələrin erməni seqmentində Ermənistana təhvil verilən iki meyitdən birinin – Samvel Torosyanın özünün, pasportunun, hərbi biletinin fotoları da yayılıb. Fotolardan da aydın görünür ki, 20 yaşlı Torosyan Ermənistan vətəndaşıdır, buna baxmayaraq, “hərbi xidmətini” keçmək üçün Qarabağa göndərilib. 

Bu fakt bir daha Marukyan və digər erməni rəsmilərinin ağ yalanını ifşa edir və eyni zamanda təsdiqləyir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Ermənistan ordusunun hərbçiləri mövcuddur. Bu da Ermənistanın 3 tərəfli bəyanatın müddəalarını pozmasının sübutudur.

Fərid Mehdiyev