• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 768
— 01.07.2023 20:09

Abituriyentlərin ixtisas seçimi başlayır

KepezTV Player

 

Universitetə qəbul olmaq hər bir abituriyentin arzusudur. Amma universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seçimi də bir o qədər əsas sayılır. Qarşıdakı süjetdə hansı ixtisasa daxil olmaq istəyənlərdən danışacağıq.

Düzgün ixtisas seçimi ali və orta ixtisas təhsili müəssələri tələbələrinin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir. Çünki, onların bugünkü seçimi gələcək həyatlarına təsir edir. Bəzən abituriyentlər bu seçimə səhv yanaşır və topladığı bal hara uyğundursa heç araşdırma etmədən, o ixtisasa uyğun olub-olmadığını düşünmədən seçim edirlər. Prosesi həyata keçirən DİM tərəfindən respublikanın ali təhsil müəssisələrinə artıq ikinci cəhd qəbul imtahanlarının qeydiyyatı da başa çatıb.

Nəsimi Məmmədov- DİM-in Gəncə regional bölməsinin müdiri: “Belə ki, qeydiyyatı başa çatan və qeydiyyatdan keçən abituriyentlər artıq öz ixtisas qrupları üzrə DİM tərəfindən keçiriləcək qəbul imtahanlarının vaxtları məlumdur. İyul ayının 8-i 3-cü ixtisas qrupları üzrə, 9-da isə 2-ci ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. İxtisas qrupları üzrə 3-cü ixtisas qrupu üzrə iki altqrup yarandığı üçün TC altqrupu üzrə sənəd verən abituriyentlər isə 9-da coğrafiya fənni üzrə keçiriləcək imtahanda iştrak edəcək. 1-ci 4-cü ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarının isə vaxtları artıq məlumdur. Belə ki, iyul ayının 22-si 23-ü keçiriləcək imtahanlar artıq DİM rəsmi internet səhifəsində yerləşdirilmişdir. DİM müxtəlif orqanlara qəbul imtahanları həyata keçirir. DİM tərəfindən sənəd qəbulu iyun ayının 23-dən başlayıb, iyul ayının 6-dək davam edəcək”. Abituriyentlərin hansı sahəyə, hansı sənətə marağı varsa, bilik və bacarıqları, hobbiləri nəyə yönəlibsə, onu təyin etməli və o sahəyə uyğun olan ixtisası seçməlidir. Belə olduğu halda onlar sevdikləri peşəyə yiyələnmiş olurlar. Qabiliyyət imtahanlarına isə artıq DİM tərəfindən start verilibdir və beləliklə istiqamətlər üzrə musiqi sənəti, təsviri sənət istiqaməti, idman, teatr, kino, xareoqrafia istiqamətləri üzrə istər ali təhsil, istər orta-ixtisas təhsili müəssisələrinin abituriyentlərinin qabiliyyət imtahanına buraxılış vərəqələri DİM rəsmi internet səhifəsində yerləşdirilib.

Dərya Namazova- abituriyent: “Bu il fizika, riyaziyyat-informatika təmayüllü liseyin 11-ci sinifindən məzun oldum. Kiçiklikdən müxtəlif ixtisaslar düşündüm, amma hal-hazırda modern tələbatları ödəyən ixtisas olan süni intellekt mühəndisliyini düşünürəm. Ümumiyyətlə mən Respublika fənn olimpiadalarında iştrak etdiyim üçün Azərbaycan universitetlərinə müsabiqədən kənar qəbul olma şansım var. Ancaq bu ixtisas ölkəmizdə çox da məşhur olmadığından, xaricə üz tutmağı düşünürəm. Bəzi qəbullarım var - Avropadan və Cənubi Koreyadan düşündüyüm universitetlər var. Hələ tam qərar verməmişəm, ancaq ixtisasıma tam mükəmməl şəkildə yiyələnib ölkəmə qatqıda olmaq istəyirəm”.

Elnurə Hacıyeva- abituriyent: “Gəncə şəhər 43 nömrəli məktəbin məzunuyam, 3-cü qrupa hazırlaşıram - jurnalistka ixtisasına. Gələcəkdə də jurnalist olmaq istəyirəm. Bu sahəyə çox marağım var. Əslində demək olar ki, bu sahə üzrə bütün universitetlərə balım çatır, ancaq Slavyan universitetinə qəbul olmaq istəyirəm.Əslində ailəm müəllimlik ixtisasını istəyirdi, ancaq mən öz xəyallarımın arxasınca getmək istəyirəm, yəni jurnalist olmaq istəyirəm və inşallah da bacararam”.

Magistraturaya ixtisas seçimində isə minimal tələbləri ödəyən bakalavrlar iştirak edə bilər. Proses iyulun 6-dan 13-dək həyata keçiriləcək.

Fərid Mehdiyev