• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 01.07.2023 20:05

İrəvanın təxribatına Bakının humanist reaksiyası

KepezTV Player

Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi "Qisas-2" əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb. Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Hadisə Azərbaycanın humanizm prinsiplərinə sadiq qaldığını, digər tərəfdən Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin Azərbaycana aid olan ərazilərdən çıxarılmadığının sübutudur.

Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi "Qisas-2" əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb. Videodan da göründüyü kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin öldürülən üzvlərinin yaxınları və meyitlər Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq yoxlamadan sonra Ermənistana keçid edib.  

Ermənistanın səngimək bilməyən təxribatları qarşısında Azərbaycan yenə də humanizm prinsiplərinə sadiq qaldığını dünyaya nümayiş etdirir. Ermənistan isə sözdə öhdəliyə götürdüyü heç bir qaydaya əməl etmir. 3 tərəfli bəyanatları heçə sayır. 

Azərbaycanla Ermənistan arasında sülh danışıqları başlayandan ermənilərin təxribatlar törətməsi adi hala çevrilib. Bu da Ermənistanın sülhün bərqərar olunmasına qarşı olduğunu göstərir. Silahlı dəstələrinin Qarabağ ərazində olduğunu daim təkzib edən Ermənistan öz həbçilərinin meyitlərini Azərbaycan ərazisindən təhvil almaqla faktı təsdiqləmiş olur. 

"Qisas-2" əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib. Onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisi olub. Və bu əməliyyatlar Azərbaycanın erməni təxribatına qarşı növbəti uğurlu cavabdır.

Fərid Mehdiyev