• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 29.06.2023 19:18

Gənclər üçün düşərgə reallaşıb

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş idarəsi və Gəncə Gənclər Evinin dəstəyi ilə aktiv və sağlamlıq imkanları məhdud gənclər üçün “Günərzi Düşərgəsi” təşkil edilib. Heydər Əliyev adına Park-Kompleksdə baş tutan düşərgənin təşkilində məqsəd Müqəddəs Qurban bayramı günlərində gəncləri bir araya gətirmək, onların sosial inklüzivliyini, cəmiyyətə inteqrasiyasını və motivasiyasını artırmaqdır. Eləcə də gənclərin xoş istirahətini və əyləncəsini təmin etmək və bacarıqlarını nümayiş etdirmək üçün bir günlük maraqlı yay istirahəti təşkil edilib.