• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 29.06.2023 19:35

Kukla Teatrı beynəlxalq əlaqələri genişləndirir

KepezTV Player

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Kukla Teatrı Özbəkistanın Səmərqənd Dövlət Kukla Teatrı ilə memorandum imzalayıb. Əməkdaşlıq sənədi teatr sənəti və yaradıcılığı sahəsində əməkdaşlığın yaradılması, inkişafı və möhkəmləndirilməsi, birgə tamaşaların səhnələşdirilməsini mümkün edəcək. Gəncə və Səmərqənd Teatrı birgə qastrol səfərləri təşkil edəcək, yaradıcı kadrların bacarıqlarının artırılması üzrə layihələr həyata keçirəcək, dramaturqların, rejissorların, rəssamların, aktyorların ustad dərsləri, yaradıcılıq görüşləri təşkil edəcəklər.

Aişə Rzayeva