• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 27.06.2023 20:04

İyun və qarpız - yemək olar, ya yox?

KepezTV Player

İsti yay aylarının sərinləşdirici qidalarından olan qarpızı artıq indidən piştaxtalarda görmək mümkündür. Satıcılar hər nə qədər dərmansız yetişdiyini bildirsələr də, buna alıcıların fikri birmənalı deyil. Elə mütəxəssislərin də. İlin bu ayında yeyiləsidirmi qarpız? Sıradakı materialda biləcəksiniz.

İyun ayı olmasına baxmayaraq, artıq bazarlarda bostan bitkilərinin satışına rast gəlmək olur. Biz isə qarpız və yemişi adətən iyul ayının sonu, avqustun əvvələrində yeməyə adət eləmişik. Vaxtından əvvəl piştaxtalara düzülən bu məhsullar isə təbii olaraq alıcılarda onun keyfiyyəti və necə yetişməsi barədə şübhə yaradır.

Alıcı: “Mən qarpızı bir gələn ay, bir də avqustda yeyirəm. Məhsulun əsl yeyiləsi vaxtı o vaxtdır. Bu dəqiqə hamısı istixanada dərmanla yetişdirilmiş məsullardır”.

Alıcı: “Qarpızın indi yeyilməsi düzgün deyil. Çünki bunların çoxuna tez dəyməyə görə kimyəvi dərmanlardan istifadə olunur. Ona görə də hal-hazırda yemək məqsədəuyğun deyil. Bunun ən yaxşısı, təbii üsulla yetişən avqust ayının əvvəlindən başlayır, ondan sonra yemək daha yaxşıdır”. 

Bostan bitkisinin dədə-babadan ədət edildiyi iyulun sonu, avqustun əvvəlində yeyilməsi bu il bir ay qabağa çəkilib. Alıcıların ehtiyat edərək almağa risk etmədiyi qarpızın satışı isə daha da çoxalır. Satıcılar Sabirabaddan gətirilən qarpızların dərmansız yetişdirildiyini bildirirlər. 

Sərdar İmanov- satıcı: “Qiyməti - qarpız 50 qəpik,  yemiş 1 manat 50 qəpikdir. Alıcılıq yaxşıdır, günə 100 kiloya yaxın satırıq. Bunlar Sabirabad qarpızıdır, dərmansız yetişir”.

Habil Abdullayev- satıcı: “Biz Sabirabaddan gətiririk, qəşəng də qarpızları olur, yemişləri də yaxşı olur. Qiymətini də münasib satırıq. Yəni  50 qəpiyə qarpızı satırıq,  1 manata da yemişi. Alıcılıq da normaldır. Günə 100-150 kq qarpız, 50-60 kq yemiş satırıq. Bu il hələ indiyə kimi  zəhərlənmə ilə bağlı heç kim şikayət eləməyib. Tam dərmansız, özü də gübrəsizdir. İçi də qırmızı çıxır”.

Mütəxəssislər hesab edirlər ki, vaxtsız yeyilən hər bir məhsul xüsusi gücləndirilmiş rejimlərdə yetişir və indi istifadə olunan qarpızlar heç vaxt normal qaydada yetişə bilməz. Məhsul ya istixanalarda, ya da müəyyən sintetik-kimyəvi gübrələrin təsiri ilə əmələ gələ bilər.

Hüseyn İdrisov- mütəxəssis: “Çox zamanlar görürsən, məhsulu bazara çıxarmaq üçün kimyəvi qidalardan, preparatlardan istifadə edərək yetişməni sürətləndirməyə çalışırlar. Bu zaman, tez yetişməklə yanaşı, həm də insan üçün müəyyən fəsad törədəsi xəstəlikləri də sürətləndirirlər. Əhaliyə tövsiyə edirəm ki, belə hallarda bir az ehtiyatlı olsunlar. Becərmədə müəyyən naşılığa yol verilir. Gübrənin hamısı bitki tərəfindən tam mənimsənilən formaya keçmir və toplanır. Toplanma yeri də bitkinin o yediyimiz lət hissəsidir. Biz də onu qəbul edirik, bu da bizdə müəyyən problemlər yaradır”.

Həkimlər hər bir meyvə-tərəvəzin öz vaxtında yeyilməsini tövsiyə edirlər. Çünki, məhsul mövsümündə yetişərsə, tərbiki orqanizm üçün faydalı olan vitaminlərlə zəngin olar. Əks halda - xüsusi pestisit və gübrə ilə yetişdirilən məhsulları qəbul edən zaman həmin maddələrin meyvənin tərkibində toplanması xoşagəlməz hallara səbəb ola bilər.

Şirxan Vəliyev- həkim: “Həzm sistemi narahatçılıqları, mədə-bağırsaq pozğunluqları, hətta ağır hallarda zəhərlənmələr bu zəhərin qana keçməsi nəticəsində ümumi toksikoz vəziyyətlər yaşana bilər. Bu mövsümdə bəli, belə hallarla rastlaşırıq. Bunların da əksəri vaxtından əvvəl gübrələrlə yetişdirilmiş bostan bitkilərində və meyvələrdə rast gəlinir. Tövsiyəmiz odur ki, bu möv məhsulları yeməyə tələsməyək, hər şey öz vaxtında gözəldir. Təbii halda bitən bitkilər daha sağlıqlı, daha xeyirlidir”.

Azərbaycanda qarpız əsasən Sabirabad, Saatlı, Samux, Abşeronda becərilir. Sağlamlığımızı qorumaq istəyiriksə, qarpızı və digər məhsulları normal yetişən vaxda istifadə etməliyik. Qarpız ən tez 75-80, ən gec isə 100-200 günə yetişir.

Aişə Rzayeva