• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 27.06.2023 20:02

Ürək-damar xəstələrinin sayı artır

KepezTV Player

Son illər ölkəmizdə ürək-damar xəstələrinin sayı faiz nisbətində hətta onkoloji xəstələri də qabaqlayır. Qəfil ölənlər, sükan arxasında dünyasını dəyişlənlərin əksəriyyəti ürək problemi olan insanlardır. Bu xəstəliyin həm sayı artır, həm də cavanlaşır. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə də vəziyyət heç də yaxşı deyil. Daha ətraflı qarşıdakı süjetdə.

Ürək-damar xəstəliklərinin statistikasına nəzər saldıqda Nizami yurdu ölkə üzrə ən öndə gedən yerlər sırasındadır. Ən əsası da orta və gənc nəslin nümayəndələrinin bu problemdən əziyyət çəkməsi diqqət çəkir. Gəncədən olan müsahibimiz Arif Məmmədov da açıq ürək əməliyyatı keçirənlərdəndir. O, nə vaxtsa ürəyində yaranacaq narahatlıqla bağlı bıçaq altına düşəcəyini ağlına belə gətirməyib.

Şəhərdə xəstələrin sayında isə artım sürətlə davam edir. Əvvəllər payız, qış aylarında müraciətlər daha çox idisə, indi artıq yayda da ürək problemləri hədsiz çoxalıb.

Son zamanlar ürək xəstəliklərində müşahidə edilən artımın səbəbləri isə müxtəlifdir.

Artımı yaradan bir faktor isə müharibədir. Son 3 ildə ürəklə bağlı şikayət edənlər pasiyentlər Vətən müharibəsində döyüş bölgəsinə yaxın olan şəhər və rayonların sakinləridir.

Gəncədə fəaliyyət göstərən kardioloji xəstəxanada qərb rayonlardan ümumilikdə ötən il stasionar şəraitdə 2824 xəstə müalicə alıb. Bu ilin ilk 5 ayı ərazində isə pasiyentlərin sayı 1170 olub. 2022-ci ildə xəstəxanada müalicə olunanlardan 70-nin həyatını xilas etmək mümkün olmayıb. Bu ilin yanvar-may aylarında isə 32 nəfər ürək-damar xəstəlikərindən dünyasını dəyişib.

Orxan Cəfərzadə