• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 27.06.2023 19:58

Rayon sakini dəmir parçası ilə qonşusuna xəsarət yetirib

KepezTV Player

Göygöl sakini söyüşə görə qonşusuna dəmir parçası ilə ağır xəsarət yetirib. Məlumata görə, Qurbanov Aftandil Malik oğlu küçədə digər tanışları ilə söhbət edərkən ucadan nalayiq ifadələr işlədib. Bu zaman onun qonşusu Hüseynov Tural Turan oğlu küçədə nalayiq ifadələr işlətdiyinə görə A.Qurbanovu dəmir parçası ilə vuraraq ağır xəsarətlər yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və ona qarın boşluğunun daxili qanaxması diaqnozu qoyulub. Faktla bağlı cinayət işi başlanılıb.