• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2439
— 27.06.2023 20:07

Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

KepezTV Player

İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir. Bunu Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində qeyd edib. Xalqa səmimi təbriklərini çatdıran dövlət başçısı vurğulayıb ki, Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir.