• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1376
— 25.06.2023 16:12

Hərbi qulluqçular təltif ediliblər

KepezTV Player

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. 5 hərbi qulluqçuya “general-mayor” ali hərbi rütbəsi verilib. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 131 hərbi qulluqçu orden və medallarla təltif olunub. Onlardan 21 nəfəri ölümündən sonra orden və medallara layiq görülüb.