• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1181
— 25.06.2023 12:27

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümü qeyd edilib

KepezTV Player

Gəncə şəhərində Silahlı Qüvvələrin yaranmasının 105-ci ildönümü ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə hərbçilər, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

İlk olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev, ictimaiyyət nümayəndələri, hərbçilər Şəhidlər Xiyabanını ziyarət ediblər. Əbədi məşəlin önünə əklil qoyulub, tər qərəfillər düzüblər. Daha sonra Heydər Əliyev parkının girişindəki "Zəfər Tağının" önündə təşkil edilən sərgiyə baxış keçirilib. Burada Silahlı Qüvvələrin arsenalına daxil olan hərbi texnikalar, zirehli maşınlar, rabitə vasitələri, eləcə də minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı silahlar, ayrı-ayrı qoşun növlərinə aid hərbi geyimlər, hərbi kontingentə verilən gündəlik qidalar haqqında ətraflı məlumat verilib. Azərbaycanda Silahlı Qüvvələrin yaranmasının 105-ci ildönümü ilə bağlı tədbir çərçivəsində konsert proqramı da baş tutub. Heydər Əliyev Parkındakı amfiteatrda reallaşan tədbirə əsgər və zabitlər, eyni zamanda şəhər sakinləri qatılıblar. Çıxışlarda Şanlı Azərbaycan ordusunun tarixinə nəzər salınıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman hərbiçilərimizin düşmənin işğalı altında olan torpaqlarımızı azad etməsindən, tarixi zəfəri qazanmasından söz açılıb. Bədii hissədə uşaq rəqs qrupları bacarıqlarını göstəriblər, həmçinin müğənnilərin ifasında vətənpərvərlik ruhunda mahnılar səslənib. Komanda bölmələrinin çıxışları böyük maraq çəkib. Şərti düşmənin silahdan atəş açılaraq məhv edilməsi, bununla yanaşı əlbəyaxa döyüş səhnələri gurultulu alqışlarla qarşılanıb. Tədbir atəşfəşanlıqla başa çatıb.

Fərid Mehdiyev