• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1224
— 24.06.2023 20:30

Peşə təhsili mərkəzindən 471 tələbə məzun olub

KepezTV Player

Sənaye və Texnologiyalar üzrə Gəncə dövlət peşə təhsili mərkəzində məzun günü qeyd edilib. Çıxış edənlər məzunları təbrik edərək onlara bitirdikləri peşələrə uyğun gələcəkdə işləmələrini arzulayıblar. Rəsmi hissənin sonunda fərqlənən tələbələr və bir neçə müəllim təşəkkürnamə ilə təltif edilib. Daha sonra bədii hissədə məzunlar musiqilər ifa edib, hazırladıqları rəqs nömrələrini göstəriblər. Gəncə dövlət peşə təhsili mərkəzindən cari il 26 ixtisasdan 31 qrup üzrə 471 tələbə məzun adını qazanıb.

Aişə Rzayeva