• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1094
— 24.06.2023 20:32

“Azərişıq” elektrik şəbəkəsini yenidən qurur

KepezTV Player

Regionlarda yenidənqurma işləri davam etdirilir. “Azərişıq” ASC bu dəfə Samuxun Qədili, Seyidlər və Sarıqamış kəndlərində işlərə başlayıb. İstismar müddətini başa vurmuş elektrik xətləri, dayaqlar və bütün güc mərkəzləri yenilənir. Üç kənddə ümumilikdə 10 komplekt transformator məntəqəsi quraşdırılıb və abonentlərin bütün sayğacları yenisi ilə əvəzlənib.

Bununla yanaşı “Azərişıq” Gədəbəyin ucqar Arısu və Əlinağılar kəndlərində də elektrik şəbəkələrini yenidən qurur. Ötən əsrin 50-60-cı illərində qurulmuş köhnə şəbəkə yenidənqurma layihəsi çərçivəsində tam yenilənir. Elektrik xətləri izoliyasiyalı naqillərlə əvəzlənir, köhnə dayaqlar, sayğaclar və həmçinin bütün güc mərkəzləri tam yenilənir. Hədəf adıçəkilən kəndlərdə işləri mümkün qədər tez zamanda yekunlaşdırmaq və bununla da itkilərin qarşısını almaq, həmçinin abonentlərin dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təminatını həyata keçirməkdir. İnvestisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.