KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağıntılar səbəbindən Gəncədə parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması ilə əlaqədar ətraf ərazilər üçün yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Ötən gün gecə saatları da daxil olmaqla fasiləsiz həyata keçirilən tədbirlər nəticəsində göldə suyun səviyyəsinin təxminən 80 sm-ə qədər endirmək və su bəndinə olan təzyiqi azaltmaq mümkün olub. Bununla belə, təhlükənin tam aradan qaldırılması istiqamətində tədbirlər hazırda davam etdirilir.
- Baxış: 350