• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1657
— 22.06.2023 20:25

Gənclərin milli-mənəvi dəyərlərə bağlılığı artırılır

KepezTV Player

Ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din siyasəti, gənclərin bu istiqamətdə maarifləndirilməsinin önəmi Gəncədə müzakirə edilib. Dinlərarası dialoqun inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin nümayəndələrinin sağlam ruhda tərbiyəsinə göstərilən xüsusi diqqət qabardılıb. Gəncədə “Ulu Öndər Dəyərlərimizin Xilaskarıdır” adlı tədbirdə dini etiqad azadlığının təmin olunması, dini fanatizmə, radikalizmə qarşı effektiv mübarizənin aparılması, ölkəmizdə tarixən mövcud olan multikultural mühitin, birgəyaşayış ənənələrinin, vəhdətin qorunması və təşviqi istiqamətində maarifləndirmə işinin aparılması və təşkilinə xüsusi önəm verildiyi vurğulanıb. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə fondun milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində reallaşdırdığı layihələrdən danışılıb.

Rəşid Paşalı- Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri: “Tədbir çərçivəsində Gəncə şəhərindən, o cümlədən Goranboy, Naftalan, Samux, Göygöl rayonlarından gənclər iştrak edir. Gənclərin iştrak etdiyi bu tədbirdə milli-mənəvi dəyərlərin öyrənilməsi, təbliği, o cümlədən Heydər Əliyev irsinin Azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində bir sıra təlimlər, treninqlər keçiriləcək. Həmçinin tədbir çərçivəsində tarixi, dini və mədəni abidələrimizə ziyarətlər təşkil olunacaq, gənclər adlarını qeyd etdiyim istiqamətdə olan abidələri ziyarət edəcəklər və onlara abidələr və digər bu kimi suallar cavablandırılacaq. “Dəyərlərimizi öyrənək” adlı intellektual yarış - bu da gənclərimizin intellektual səviyyəsinin belə deyək, qiymətləndirilməsi baxımından, həm də orda qeyd olunan dəyərlərimizi təbliğ edən sualların cavablandırılması baxımından faydalı bir tədbir olacağına ümid edirəm”.