KepezTV Player
İntensiv yağıntılar səbəbindən Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilər üçün yaranmış təhlükə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb. Yaranmış təhlükənin aradan qaldırılması istiqamətində FHN-in Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən göldə suyun səviyyəsinin azaldılması və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi fasiləsiz olaraq davam etdirilir.
- Baxış: 327