• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 22.06.2023 12:00

Subasma hərəkəti çətinləşdirib

KepezTV Player
Gəncəyə səhər saatlarında yağan güclü yağış yollarda selə səbəb olub. Şəhərin Azərbaycan bayrağı ilə Kimyaçılar küçələrinin kəsişməsini güclü su basıb. Təbiət hadisəsi zamanı avtomobillərin hərəkətində problemlər yaranıb. Həmçinin piyadaların da hərəkəti çətinləşib. Bundan başqa yol boyu axan güclü su küçədə yerləşən bazara da dolub. Burada sakinlərin alış-verişində çətinliklər yaranıb.