• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 20.06.2023 20:38

Ümumşəhər konserti təşkil olunub

KepezTV Player

 

Gəncədə ali və orta ixtisas təhsili müəssisələrinin özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunub. “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” adlı ümumşəhər tədbiri ulu öndərin 100 illik yubileyi çərçivəsində baş tutub. YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Dram Teatrda reallaşan konsert vətənpərvərlik mövzusunda hazırlanan fotosərgi ilə tanışlıqla başlayıb. Ulu Öndərin azərbaycançılıq və dövlətçilik irsindən bəhs edilərək, onun müasir ölkəmizin inkişafı nüminə atdığı addımlar sadalanıb. Gənclərin potensialının üzə çıxarılması və mədəniyyətin təbliği istiqamətində gördüyü işlərdən danışılıb. Konsertdə tələbələrin təqdimatında hazırlanan musiqi nömrələri, ifalar və rəqslər maraqla qarşılanıb. Çıxışlarda Heydər Əliyevə, Azərbaycana, vətənpərvər mövzusuna müraciət edilib.

Bayram Aslanov- YAP Gəncə şəhər təşkilatının sədri: “Biz düşünürük ki, bu tədbirlərimiz silsilə şəkildə hələ ilimizin sonuna qədər davam edəcək və Gəncə şəhərində də Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər proqramı davam etdiyi çərçivədə gənclərimizə bütövlükdə Heydər Əliyev irsini, Heydə Əliyev məktəbini, Heydər Əliyev ideologiyasını aşılamağa çalışacağıq və buna nail olacağıq”.