• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 20.06.2023 20:34

“Sən elə bir zirvəsən” adlı musiqili-tarixi esse nümayiş olunub

KepezTV Player

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Gəncədə musiqili-tarixi esse ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Sən elə bir zirvəsən” adlı layihə Filarmoniyada reallaşıb. Səhnə təqdimatının rəhbəri Teatrın direktoru Əliqismət Lalayev, ssenari müəllifi Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyevdir. Tamaşada teatrın solistləri, həmçinin xor və balet heyətinin üzvləri iştirak edib. Paytaxt Bakıdan sonra İlk dəfə Gəncədə nümayiş olunan tamaşada ulu öndər Heydər Əliyevin çıxışları, xarici ölkələrə səfərləri, eləcə də sakinlərlə səmimi görüşlərini əks etdirən videolar nümayiş olunub. Həmçinin teatrın kollektivi tərəfindən mahnılar səsləndirilib.

Fərid Mehdiyev