• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 20.06.2023 20:25

Daşkəsəndə yağan güclü yağış fəsadlar törədib

KepezTV Player

Bu gün saat 16:00 radələrində yağan güclü leysan yağışları Daşkəsən şəhərində istinad divarlarına, yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub, bir sıra fəsadlar törədib. Dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin verdiyi məlumata görə, sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb, onun sakinləri müvəqqəti köçürülüb. Bir nəfər Qaraqullar kənd sakinini ildırım vurub və hazırda o, xəstəxanaya yerləşdirilib. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanların aidiyyəti yerli qurumlarla birgə aradan qaldırılması işləri davam etdirilir.