• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 20.06.2023 12:11

Gəncəyə İrandan gətirilən 15 kq-dan artıq narkotik aşkarlanıb

KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Gəncə sakini Xəyyam Qasımov sosial şəbəkələr üzərindən İran vətəndaşından şəhər ərazisində gizlədilən narkotik vasitəni pul qarşılığında Qazax rayonuna aparmağa razılaşıb. Həmin şəxs Gəncədə saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 15 kq 530 qram narkotik maddə olan “heroin” aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, fakla bağlı araşdırmalar davam etdirilir.