• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 18.06.2023 20:36

Yunun istehsalı və emalı məsələləri müzakirə edilib

KepezTV Player

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda “Qoyunçuluğun problemləri, Yun istehsalı emalı və marketinqi” mövzusunda elmi-praktiki konfrans keçirilib. 15 bölgədən qoyunçuluq təsərrüfatı ilə məşğul olan fermerlərinin, eləcə də xalçaçılıq üzrə mütəxəssislərin iştirak etdiyi konfransda qoyunçuluğun, yun və xalçaçılığın inkişaf etdirilməsinin yeni yolları araşdırılıb. Konfransda həmçinin ölkəmizdə qoyunçuluq sənayesindəki yeniliklər, yun istehsalında yeni tendensiyalar, mütərəqqi texnoloji innovasiyalar və bazar perspektivləri, yunun emalı və satışı ilə bağlı mövcud vəziyyətdən danışılıb. Ölkədə 13 cinsdə 8 milyona yaxın xırdabuynuzlu heyvan saxlanılır və il ərzində 16 min ton yun tədarük edilir. Tədarükün 23 faizi xaricə ixrac edilir. Konfrans iştirakçıları institutda saxlanılan qoyun cinslərinə baxış keçiriblər. 

Esad Sami Polat- Türkiyənin Səlcuk Universitetinin baytarlıq fakültəsinin dosenti: “Bu yunlardan da ən başda tekstil mallarını almaq mümkün olur. Yunlar bu şəkildə dəyərləndirilərsə, 1 ton yundan 1500 avro dəyərində pul qazanmaq mümkündür”. 

Əlisafa Nuriyev- “Azərxalça” ASC-nin istehsalat üzrə direktoru: “”Azərxalça” hazırda xammal təchizatında qismən xaricdən asılı olsa da, bu istiqamətdə də ciddi işlər aparılır ki, yaxın gələcəkdə də xammalları yerli potensial hesabına da təmin etsin”.

Mahir Hacıyev- HETİ-nin direktoru: “Boyaların xarici ölkələrdən gətirilməsi və onun yerli bitki növlərindən hazırlanması xalçaçılıqda istifadə edilməsidir. Təbii qoyun yunundan hazırlanan xalçalar xaricədə yüksək qiymətlərə satılır. Bu da dövlətin bu sahəyə diqqətinin bariz nümunəsi kimi qiymətləndirilməlidir”.