• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 17.06.2023 19:02

Polis serjantı ölkə birinciliyində qızıl mükafat qazanıb

KepezTV Player

Daxili İşlər Nazirliyinin Baş Mühafizəsi İdarəsi Göygöl Rayonlararası mühafizə bölməsinin əməkdaşı Bəhruz Ələkbərov qatıldığı Azərbaycan çempiontının qalibi olub. Asayiş keşikçisi stronqman üzrə ölkə yarışında fərqlənib.

Bakıda keçirilən birincilikdə polis serjantı idmanın streetlinftinq növündə çıxış edib. Turnik növündə belindən asılan 50 kq-ın öhdəsindən gələn Bəhruz Ələkbərov 8 rəqibini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. İdmançı 100 kq +-də qızıl medala yiyələnib.

37 yaşı olan Bəhruz daha öncə də Azərbaycan çempionatlarının qalibi olub. O, pauerliftinq üzrə 7, stronqman üzrə 5 qat ölkə birincisidir. Polis idmançı beynəlxalq yarışlarda uğur qazanmağı qarşısına məqsəd qoyub.

Bəhruz Ələkbərov 2009-cu ildən Daxili İşlər Nazirliyində çalışır. 14 ildir asayişin keşiyində dayanan polis serjantı oktyabrda stronqman üzrə daha bir Azərbaycan çempionatında qüvvəsini sınayacaq.

Orxan Cəfərzadə