• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 16.06.2023 16:27

Qadın doğuşdan sonra ölüb

KepezTV Player

Hamilə olan Yanıqlı kənd sakini, 21 yaşlı Aygün Nəcəfova doğuş üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Mama-ginekoloq olan Xatirə Quliyevanın iştirak etdiyi qeysəriyyə kəsiyi əməliyyatı baş tutub və 2800 qram çəkidə cinsi kişi olan körpə dünyaya göz açıb. Həkim daha sonra xəstənin yaxınlarına körpə və ananın vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Bir neçə saatdan sonra isə təkrar əlaqə zamanı artıq gənc ananın dünyasını dəyişməsi barədə ailəyə məlumat verilib.

TƏBİB-dən bildirilib ki,14 iyun saat 22:00 radələrində keysəriyyə kəsiyi əməliyyatı fəsadsız baş tutub. 15 iyun tarixində pasiyentin təkrar analiz nəticələrində dəyişikliklər aşkar olunub və ona HELLP sindromu diaqnozu qoyulub. Aparılan adekvat tədbirlərə baxmayaraq, zahı qadında ağciyər, ürək çatışmazlığı baş verib və saat 19:28 radələrində bioloji ölüm qeydə alınıb. Aygün Nəcəfovanın dünyaya gətirdiyi körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.