KepezTV Player
Şəmkirdə Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tibb işçilərini təbrik edərək onlara məsul və şərəfli peşələrində uğurlar arzulayıb. Son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlardan danışılıb. Şəmkirdə də tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sadalanıb. Rayonda 2 xəstəxana, 8 Ailə Sağlamlıq Mərkəzi, 1 Təcili Tibbi Yardım Stansiyası, 32 həkim və 27 tibb məntəqəsinin fəaliyyət göstəridiyi vurğulanıb. Bu tibb müəssisələrində 200-dən çox ixtisaslı həkim əhalinin sağlamlığının keşiyində dayanır. Tibb işçiləri yaradılan şəraiti yüksək qiymətləndirib, yeni istifadəyə verilən hemodializ şöbəsinin dövlətin bu sahəyə olan diqqətinin növbəti bariz nümunəsi kimi səciyyələndiriblər. Tədbirdə bir qrup qabaqcıl tibb işçisi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılıb.
- Baxış: 238