Gəncə Qarnizonu İdeloji və Mədəniyyət Mərkəzi tərəfindən “Zəfər tağı”nın önündə “Əsgərə məktub” layihəsi həyata keçirilib. İki gün davam edən aksiyada Gəncə sakinləri ilə yanaşı şəhərimizin qonaqları da fəallıq nümayiş etdiriblər, hərbiçilərimizə ürək sözlərini yazıblar. Həmçinin layihə çərçivəsində əsgərə xatirə kitabları da təqdim edilib. Məqsəd Gəncə və ətraf bölgələrdə yaşayan sakinlərin elmi, publisistik, bədii və digər janrda olan kitabların, eləcə də məktubların yığılaraq işğaldan azad edilən torpaqlarda xidmət edən hərbiçilərə çatdırmaqdır. Ümumilikdə iki gün ərzində sakinlər tərəfindən 200-ə yaxın məktub yazılıb.
Azov Rayilyev- Ağdam sakini: “Bu gün Gəncəyə gəzinti məqsədi ilə gələndə “Əsgərə məktub” layihəsi ilə tanış oldum və çox xoşuma gəldi. Mən və sinif yoldaşlarım bu layihəyə qoşulmaq istədik. Əsgərlərə məktub yazıb göndərdik. Ümid edirəm ki, bizim yazdığımız məktub onları sevindirər. Onlara çox xoş olar”.
Tərlan Əsədova- Ağdam sakini: “Gəncəyə Ağdam rayonu, Paşabəyli kəndindən gəlmişik. Gəzmək məqsədi ilə gəlmişdik və ilk dəfədir ki, bu layihə ilə qarşılaşdıq. Çox xoşumuza gəldi və əsgərə öz ürək sözlərimizi yazdıq. Biz bu gün o əsgərlərin sayəsində burdayıq”.
Günel Mehdiyeva- Gəncə Qarnizonu İdealoji və Mədəniyyət Mərkəzinin əməkdaşı: “Biz bu layihəni nəinki Gəncə şəhərində bütün regionlarda keçiririk. Əsasən, Kəlbəcər və Laçın bölgəsi olmaqla bütün bölgəmizdə olan əsgərlərimizə çatdırırıq. Ordumuzla xalq arasında qırılmaz bağları daha da möhkəmləndirilməsidir. Çətin bölgələrdə xidmət edən əsgərlərimiz var. Onlarda ruh yüksəkliyi yaradırıq ki, xalqımız həmişə sizin yanınızdadır”.
- Baxış: 281