• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 16.06.2023 10:32

Gözəl qadın olmağın sirri nədədir?

KepezTV Player

Qadınlar  üçün gözəllikləri ilə bağlı kompliment eşitmək çox əhəmiyyətlidir. Və bu hər kəs üçün fərqli olan nisbi bir anlayışdır. Gözəllik anlayışının hər 10 ildən bir təəccüblü şəkildə dəyişdiyini nəzərə alsaq, çox da təəccüblənməməliyik. Bu səbəbdən "gözəl" olma deyimi bir kənara qoyulmalıdır. Bunun yerinə baxımlı olmaq üçün səy göstərərək, indiki gözəlliyinizi taclandırmaq daha doğru olar.

Qadınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atırlar. Bura idman, əsasən də kosmetik vasitələr daxildir. Amma bir məqam unudulur. Bu da gözəl görünmək üçün lazım və mövcud olan vasitələrdən düzgün və vaxtında istifadə edilməməsidir. Gəlin görək müsahibimiz bu haqda nə düşünür?

Fidan Qədimova: “Genetik, ailədən gələn gözəllik təbii ki, çox önəmlidir. Lakin indi insanlar, xüsusən də xanımlar üzlərində müəyyən hissələri özündə kompleks edirlər. Mən də qaşlarımı özümdə kompleks etdiyimə görə, müəyyən prosedurlar etmək qərarına  gəlmişdim. Lakin bu yaxınlarda rəfiqəm etdirdi və yan təsirlərini gördü. Belə ki, alın nahiyəsində səpkilər, qızartılar yarandı. Bundan qorxdum və geri çəkildim. İndi mütəxəssislərə səslənirəm ki, mən bu prosedurları etdirməmişdən öncə mənə nə məsləhət verə bilərlər və hansı məsləhətlərə diqqət etməliyəm?”

Müsahibimizin suallarına mütəxəssislərimiz cavab verər, gəlin biz əgər etdirdiyimiz kosmetoloji  prosedurlara diqqət etməsək nəticəsi necə olar ondan danışaq. Araşdırmalarımıza görə, kosmetoloji prosedurlar düzgün şəkildə və keyfiyyətli pereparatlardan istifadə edilərək gerçəkləşdirildiyi zaman heç bir yan təsirləri olmur və tamamilə ziyansızdır. Günümüzdə keyfiyyətsiz, ucuz, istifadəsi zərərli məhsullar və bu sahə üzrə çalışan qeyri-peşəkar “kosmetoloqlar” çoxdur. Ola bilər ki, sizin dəriniz hər hansı kosmetoloji prosedura hazır deyil. Bunu bilməyib hərəkət etsəniz, nəticələri sizin üçün xoşagəlməyən ola bilər. Sağlamlığınıza diqqət edin, çünki sağlam olan kəs həm gözəl, həm də təbii görünür.

Gözəllik bütün dünyanı bir ürəyə yerləşdirə biləcək qədər güclü və istedadlı olmaq deməkdir.  Bu gücü düzgün yöndə istifadə edək, qəlbimizdə olan gözəllik hər zaman gülüşlərimizdə ortaya çıxsın.

Lalə Bağırova