• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 870
— 15.06.2023 12:31

Samuxlular Heydər Əliyev ideyalarına sadiqdirlər

KepezTV Player

Samuxda “Milli Qurtuluş Günü” münasibəti ilə tədbir Yeni Azərbaycan Partiyasının binasında keçirilib. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün əziz olduğu vurğulanıb. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyunun əsl qurtuluş tarixi olduğu bildirilib. Bu tarixi yaradanın isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu öndər Heydər Əliyev olduğu diqqətə çatdırılıb. Dahi şəxsiyyətin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin tərəqqi və inkişaf yolu ilə getdiyi xatırladılıb. Hər kəsin qəlbində yaşayan, sevgi məbədinə çevrilən dahi şəxsiyyətin ideyalarına samuxluların da sadiq qalacağına əminlik ifadə olunub. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxs Samux Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif edilib. Sərkar Uşaq Musiqi Məktəbinin təqdimatında Milli Qurtuluş Gününə həsr olunan konsert proqramı təqdim olunub.