• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 15.06.2023 13:26

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

KepezTV Player

15 iyun - Azərbaycanda Milli Qurtuluş Günü olaraq qeyd edilir. Düz 30 il əvvəl Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas edib. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib. Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin müdrikliyi nəticəsində ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. 1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycanın Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Artıq üç ildir ki, bu tarix düşmən əsarətindən qurtulan, azad olan torpaqlarda da qeyd olunur. Hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib. Düşmən əsarətindən qurtulan Azərbaycan torpaqlarında yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir.