Video Player
  • KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 906
— 14.06.2023 16:31

Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək

Video Player
KepezTV Player
Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək. Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. 3 iyul tarixindən etibarən sürətli Ştadler sərnişin qatarları Bakı-Ağstafa-Bakı marşrutu üzrə yeni hərəkət qrafikinə uyğun olaraq hər gün saat 8:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşəcək. Qatar mənzilbaşına saat 13.42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Bakıya yollanan qatar isə saat 23:15-də Bakı Dəmir Yol Vağzalına çatacaq.