Prezident İlham Əliyevin ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Azərbaycan və Türkiyə Prezidentlərinin geniş tərkibdə görüşü də keçirilib. Əminəm ki, növbəti illərdə də bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaq. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev geniş tərkibdə görüşdə deyib.
Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə qərarlı olduqlarını da bildirib.
- Baxış: 185