• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 13.06.2023 16:25

Naftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb

KepezTV Player

Naftalanla Xorvatiyanın İvaniç-Qrad şəhəri arasında əlaqələrin yaradılması, dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı iki şəhər arasında qardaşlaşmanın, qarışılıqlı əlaqələrin daha da yaxşılaşmasının əhəmiyyəti vurğulanıb. İmzalanan xartiyanın şəhərlər arasında ikitərəfli əlaqələrin inkişafına və hər iki dost şəhərin sakinləri arasında münasibətlərin qurulmasına xidmət göstərəcəyi bildirilib. Görüşdə vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərlərin paylaşılmasına geniş imkanlar yaradacaq. Azərbaycandan olan qonaqlar İvaniç-Qradda yerləşən Naftalan Xəstəxanasında da olublar, Naftalan nefti ilə aparılan müalicə prosedurları və digər göstərilən xidmətlər barədə maraqlanıblar. Qeyd edək ki, Naftalan şəhərinin 4 ölkənin şəhərləri ilə qardaşlıq və tərəfdaşlıq əlaqələri mövcuddur.

Fərid Mehdiyev