• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 13.06.2023 12:15

Yay tətilini necə səmərəli keçirmək olar?

KepezTV Player

Bütün fəsillərdə yorulan işləyən insanlar, yaz-yay ayları gəldikdə nə edirlər? Necə deyərlər, “yenə gəldi yaz ayları, bülbül gülə naz eyləyir”. Yaxşı, gəlin mövzumuza fokuslanaq. Yay tətilini necə səmərələri keçirmək olar, bu gün bundan danışacağıq.

İstirahət hər bir kəsin haqqıdır deyə düşünürük. Statistikaya nəzər saldıqda yay tətili uçün turistlərin ünvanlandığı ölkələrin ilk beşliyində- təzadlı təbiətə sahib olan İtaliyanı, qoyunları və atları ilə tanınan İslandiyanı, antik məbədləri olan Yunanıstanı, xoşbəxtliklər ölkəsi adlanan Norveçi və qonaqpərvərliyi ilə sevilən İspaniyanı sadalamaq olar. Biz də yerli əhalidən soruşmaq istədik. Görəsən bizim insanlar yayda hara yollanırlar?

Yaz-yay ayları qısacası tətil günəri ən çox uşaqlara yarayır deyə bilərik. Balacalardan söhbət açmışkən onların təhsilini də unutmaq olmaz. Bu barədə ətraflı məlumat üçün həm müəllim kimi uşaqların qayğısan qalan, həm də psixoloq kimi hər zaman onların fikirlərini dinləyən psixoloqumuzdan soruşuruq. Uşaqlar bu tətili necə keçirməlidir?

Mən də müsahibimizin dediklərinə əsaslandım - həm ziyarət, həm ticarət deyib, başladım əylənməyə. Nə isə fəslindən, ayından aslı olmayaraq hər zaman əylənməyi bacarın.

Tellan Zeynalova