• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1776
— 12.06.2023 10:28

Gənclərin məşğulluğa cəlb olunması

KepezTV Player

Bir sıra sahələrdə işə qəbul zamanı tələb olunan təcrübə, gənclərin xüsusilə də ali təhsilini yeni başa vuranların əsas probleminə çevrilib. Belə namizədlərə əksər vaxt  “sizinlə əlaqə saxlanılacaq, sizə geri dönüş ediləcək” deyilsə də, gənclərin iş təcrübəsi olmadığı üçün, işə müraciətləri cavabsız qalır. Belə halda bizi maraqlandıran bir sual var, gənclər işləmədən təcrübəni necə qaza bilərlər?

Hər bir təzə işçinin karyera artımı arzusu var. Bu, məqsədyönlülüyün sübutudur. Ancaq çox təəssüf ki, bu gün gənc mütəxəssislərə iş tapmaq elə də asan deyil. Əgər iş təcrübəniz yoxdursa və əmək sahəsində ilk dəfə çalışmağa hazırlaşırsınızsa, məsələ bir qədər də mürəkkəbləşir. Lakin yaxşı bir vəzifədə irəliləmək hər kəsdən böyük səylər tələb edir. Əmək bazarında sərt rəqabət şəraitində heç kim karyera pillələrində on pilləni birdən keçə bilməz. Yalnız öz üzərinizdə çalışmaqla irəliləyə bilərsiniz. Gənclərin üzləşdikləri problemlə bağlı suallarımızı cavablandıran müsahibimiz bildirir ki, Gənclərin məşğulluğa cəlb olunması üçün, dövlətimiz tərəfindən bir sıra imkanlar yaradılır.

Pərviz Əliyev- Dövlət Məşğulluq Agentliyinin Gəncə- Daşkəsən regional Məşğulluq filialının müdiri: “Gənclərin əmək bazarının rəqabətinə uyğun olaraq, gənclərin müxtəlif peşələrə yiyələnməsi istiqamətində işlər aparılır. Dövlət məşğulluq agentliyinin peşə hazırlıq kurslarına son bir ildə 2332 gənc cəlb olunaraq, onlara müasir  əmək bazarının tələblərinə uyğun peşələr öyrədilir. Qeyd olunanlarla yanaşı, gənclərlə bağlı bir sıra yeni aktiv layihələr də icra olunur. Həyata keçirilən aktiv məşğulluq layihələrin əsas hədəflərindən biri də, gənclərin əmək bazarına inteqrasiyasını dəstəkləməkdir. Agentlik tərəfindən gənclərin məşğulluq imkanlarının artırılması üçün, bir-birinin ardınca layihələr həyata keçirilir. Bu istiqamətdə  işlərin davamı olaraq, ötən il agentlik tərəfindən 16 minədək gənc münasib işlərlərlə təmin olunmuşdur. Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas- peşə seçimi, CV və istək məktubunun hazırlanması, müsahibəyə  hazırlıq və s. mövzülar üzrə məlumatlandırılırlar.”

Günay Əsgərova