KepezTV Player
Azərbaycanlı hərbi əsir Hüseyn Axundovun həbs müddəti 3 ay uzadılıb. Yolu azaraq Ermənistana keçən iki əsgərimiz - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı cinayət işi başlanıb. Onlar bir qrup şəxslə qabaqcadan əlbir olaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunub. Axundova əlavə olaraq yalandan Ermənistan vətəndaşını öldürmə ittihamı da irəli sürülüb. Ermənistan məhkəməsi Aqşin Bəbirovu isə mayın 8-də 11 il 5 ay müddətinə azadlıqdan məhrum edib.
- Baxış: 197