KepezTV Player
Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə 4-cü siniflərin monitorinq imtahanı keçirilib. Tədris dili və riyaziyyat fənləri üzrə aparılan yoxlama Gəncədə 13 mərkəzdə reallaşıb. 4 min 393 şagirdin 3484-ü Azərbaycan, 909-i rus bölməsi üzrə biliklərini nümayiş etdirib Prosesi 161 nəzarətçi izləyib. Monitornqin məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılmasıdır. Şagirdlərə təqdim olunan tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmununu, riyaziyyatdan isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmununu əhatə edib. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda, onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
- Baxış: 168